Alyans Sədri: “Kağız Məhsullarının ƏDV-Dən Azad Edilməsi Azərbaycanda Medianın Inkişafına Əsaslı Şəkildə Təkan Verəcək”backend

“Azərbaycanda KİV-in inkişafına yönəlik daha bir məqsədyönlü addım atıldı. Belə ki, ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən (ƏDV) azad edildi.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Sözügedən qərarın ölkədə kütləvi onformasiya vasitələrinin inkişafına kifayət qədər müsbət təsir göstərəcəyi danılmazdır. Bu qərar ilk növbədə Azərbaycanda medianın inkişafına əsaslı şəkildə təkan verəcək”.
Bu fikri “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli bildirib.

Süleyman İsmayılbəyli deyib ki, sözügedən qərar ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını özündə ehtiva edir, o zaman əminliklə deyə bilərik ki, bu, ənənəvi çap mediası üçün də kifayət qədər səmərəli olacaq və çap mediasının inkişafına öz müsbət təsir göstərəcək: «Bu qərar həm də dövlətin, şəxsən dövlət başçısının ölkədə çap mediasının inkişafında maraqlı olduğunu bir daha təsdiqləyir. Çünki Cənab Prezidentin müvafiq Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu. Düzdür, qərar çoxşaxəlidir və onun içərisində məhz KİV üçün ölkəyə gətirilən kağızın ƏDV-dən azad edilməsi də var. Bu qərar həm də bəzilərinin çap mediasının sıradan çıxmasına olan arzularının üstündən xətt çəkilməsi deməkdir. Yəni, sözügedən qərar həm də onu təsdiq edir ki, ənənəvi medianın inkişafı, tərəqqisində dövlət birbaşa maraqlıdır.

Ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla ümumilikdə bu sahədə inkişafa təkan verəcəkdir. Onu da nəzərə almaq lazımdır ki, bu addım kitab və qəzet nəşri ilə məşğul olan mətbələrin fəaliyyətinə də öz müsbət təsirini göstərəcək.

Ümumən götürəndə isə, ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini media sahəsində aparılan əsaslı islahatların davamı və KİV-in inkişafına yönəlik addım kimi xarakterizə etmək olar.