AMEA ilk dəfə olaraq beynəlxalq elmi qurumun üzvlüyünə qəbul edilibbackend

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyası Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AACCA) üzvlüyünə qəbul edilib.

Qurumdan göndərilən məktubda deyilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə

Hörmətli prezident, akademik İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AACCA) tam səsvermə hüququna malik üzvlüyünə qəbul edildiyini yazaraq təsdiq edirəm.

AMEA-nın AASSA-nın fəaliyyətinə verəcəyi fəal töhfəyə görə məmnun olduğumu bidlirmək istərdim. Əminəm ki, bu, Asiyada elmi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir.

Hörmətlə,

AASSA-nın prezidenti vəzifəsini icra edən

Professor Dr. A.Nuri Yurdusev”.

Qeyd edək ki, bu, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur.

Baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşən Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyəti 34 ölkənin Elmlər Akademiyalarını əhatə edir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Avropa Akademiyaları Assosiasiyasının da üzvlüyünə daxil olması üçün müraciət edib.