AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında doktorluq dissertasiya işi müdafiə olundubackend

Aprelin 30-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında doktorluq dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

  Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Gülalıyev Mayis Gülalı oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin liberal-dirijist istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi məsləhətçi prof. İsa Alıyev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra M.Gülalıyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər – i.e.d., professorlar Şəmsəddin Hacıyev, Elşən Hacızadə, Əli Nuriyev və Şəfa Quliyevanın rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda M.Gülalıyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat

Dissertasiya