Amerika biznesi Rusiyanı tərk edərkən 300 milyard dollar itirdi.
Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev CNN telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, vəd budur: gəlin dialoq aparaq, ölkələrimiz, digər ölkələr, dünya birliyi üçün ən yaxşı həll yolunu tapaq.
Dmitriyevin sözlərinə görə, Rusiya ilə ABŞ arasında “körpülər qurmaq” lazımdır, çünki bu, dünya ictimaiyyəti üçün vacibdir. Telekanalın mənbələrinə görə, Rusiya hakimiyyəti Ukrayna nizamlanması üzrə görüşdə tərəflər arasında iqtisadi problemləri həll etmək üçün danışıqlara Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbərini cəlb edib.