Amerika klubu Messiyə illik 50 milyon dollarlıq müqavilə təklif edibbackend

MLS klubu “İnter Mayami” Paris Saint-Germain forvardı Lionel Messiyə 4 illik müqavilə təklif edib.

Bu barədə Sport.es məlumat yayıb.

Mənbənin məlumatına görə, Amerika klubu Messiyə ildə 50 milyon dollarlıq müqavilə təklif edir.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Lionel Messiyə 1,2 milyard avroluq müqavilə təklif etdiyi bildirilirdi.Qeyd edək ki, argentinalının PSJ-də maaşı 29 milyon avrodur.

Mənbə: TRT Spor