Amerikanın “ExxonMobil” şirkəti “The Wall Street Journal”da (WSJ) şirkətin Rusiya bazarına qayıtmağı müzakirə etdiyi məqaləni şərh etməkdən imtina edib. Bu barədə TASS məlumat yayıb.
“Biz [bunu] şərh etmirik” deyə agentliyin sualını cavablandıran ExxonMobil nümayəndəsi bildirib.
WSJ-nin məlumatına görə, ExxonMobil Rusiya-Ukrayna münaqişəsi həll edildikdən sonra Saxalin-1 layihəsinə qayıtmağı planlaşdırır. Son həftələrdə şirkətin baş direktoru Darren Vuds Ağ Evdə ABŞ prezidenti Donald Trampla bu məsələni müzakirə edib.