Los-Ancelesdən Çinə uçan Amerika təyyarəsi pilotun pasportu olmadığı üçün ABŞ-a qayıtmaq məcburiyyətində qalıb.
Bu barədə CNN məlumat yayıb.
United Airlines-a məxsus Los-Ancelesdən uçan təyyarənin göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olub. Uçuş zamanı məlum olub ki, pilotlardan biri pasportunu özü ilə aparmayıb. Təyyarə onu yeni ekipajın gözlədiyi San-Fransisko hava limanına enib. Aviaşirkət sərnişinlərə yemək çekləri və kompensasiyalar təqdim edib.
İnsidentə görə təyyarə Şanxaya 6 saat gec gəlib.