Amerikalı alimlər oğlan və qızların böyüməsi zamanı beyin strukturlarında əhəmiyyətli fərqlər aşkar ediblər.
Bu barədə BBC məlumat yayıb.
Tədqiqatın aparılması üçün 9-10 yaşlı 8,9 min uşaqdan ibarət nümunə toplanıb. Valideynlərindən vaxtaşırı uşaqlarını MRT aparatından istifadə edərək beyin skanları üçün gətirmələri istəndi. Alimləri beyindəki boz və ağ maddənin strukturunda baş verən dəyişikliklər, həmçinin bu dəyişikliklərdə cins fərqləri maraqlandırırdı. Nəticədə, kişi və qadın beyinlərinin inkişaf yollarının əhəmiyyətli dərəcədə fərqli olduğuna dair uzun müddətdir mövcud olan fərziyyəni təsdiqləmək mümkün oldu. Xüsusilə, hərəkətsizlik zamanı beynin fəaliyyətində mühüm rol oynayan beynin passiv rejimi şəbəkəsinin strukturunda və inkişaf tempində əhəmiyyətli fərqlər qeydə alınıb.
Mənbə: BBC.com
İctimai.az

