Amerikalı analitik hesab edir ki, Ukrayna sülhə daha tez razılaşmalıdırbackend

Ukrayna Rusiya ilə tezliklə sülhə razılaşmalıdır.

RİA Novosti xəbər verir ki, bu fikri ABŞ ordusunun keçmiş polkovniki Daniel Devis “YouTube”da bildirib.

Sülh razılaşmasına nail olmaq üçün hələ də imkanların olduğunu qeyd edən Devis, “indi, çox gec olmamış bir razılaşma əldə etmək lazımdır” dedi.

Onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski ərazi güzəştlərini inkar etməkdə davam edir və Ukraynanın gələcəkdə itirilmiş əraziləri qaytarmağa çalışacağına eyham vurur.

“Ancaq o, razılaşsa belə, heç kim onun sağ qalacağına zəmanət verə bilməz. Moskvanın Zelenskinin legitimliyi ilə bağlı da sualları var. Zaman açıq-aydın onun tərəfində deyil”, – deyə o, yekunlaşdırıb.