Amerikalı aparıcı Taker Karlson yeni verilişlə bağlı müqaviləni pozmaqda ittiham olunur

Fox News aparıcı Taker Karlsonu Twitter-də yeni “Tacker” şousunun başlaması ilə bağlı müqaviləni pozmaqda ittiham edib.

Bu barədə Axios portalı məlumat yayıb.

Portalın məlumatına görə, keçmiş işəgötürən sosial şəbəkədə öz şousunun başlamasına görə Karlsonu nəticələrlə hədələyib. Eyni zamanda teleaparıcının vəkilləri bildiriblər ki, Fox News-un istənilən iddiası ABŞ konstitusiyasının söz azadlığını təmin edən birinci düzəlişinin pozulması kimi qiymətləndiriləcək.

“Fox [News] öz varlığını azad söz əsasında müdafiə edir. İndi Taker Karlsonu sərbəst danışmaq hüququndan məhrum etmək istəyirlər, çünki o, cari hadisələrlə bağlı fikirlərini bölüşmək üçün sosial şəbəkələrdən istifadə edirdi”, – deyə teleaparıcının vəkili Brayan Fridman izah edib.

Mənbə: lenta.ru

Oxşar xəbərlər