TASS-ın verdiyi məlumata görə, Roskosmos kosmonavtı Andrey Fedyayev Crew-12-nin Beynəlxalq Kosmik Stansiyaya (BKS) missiyası ərəfəsində ABŞ-lı həmkarları üçün borş hazırlayıb.
Fedyayev yeməyi bütün heyəti üçün, eləcə də “bizi dəstəkləyənlər” üçün hazırladığını bildirib.
Ekipajın komandiri astronavt Cessika Meir Fedyayevin borşunu tərifləyərək “Çox dadlıdır” deyib.
Dünən NASA-nın astronavtlara smartfonları kosmosa aparmağa icazə verdiyi və missiyalar zamanı foto və video imkanlarını genişləndirdiyi bildirilib. Bunun ekipajlara Ayın şəkilləri də daxil olmaqla daha çox görüntü çəkməyə imkan verəcəyi gözlənilir. Crew-12-nin Beynəlxalq Kosmik Stansiyaya (BKS) missiyasında ilk dəfə smartfonlara icazə veriləcək. Cihazlar həmçinin 1960-cı illərdən bəri ilk dəfə Ayın ətrafından insanlı uçuşu həyata keçirməyi planlaşdıran Artemis II missiyasının iştirakçıları tərəfindən istifadə üçün əlçatan olacaq. Agentlik ümid edir ki, bu, missiyanı tarixdə ən ətraflı sənədləşdirilmiş missiyalardan birinə çevirəcək.















