Amerikalı boksçu ABŞ-ı yeməyin keyfiyyətinə görə tənqid edib

Amerikalı boksçu Kevin Conson Rusiyanı niyə sevdiyini açıqlayıb. Onun sözlərini Match TV yayıb.

“Bu sadədir: qadınlar, yeməklər, mədəniyyət. Anlamalı olduğunuz bir şey var. Nə vaxtsa anamı görmək üçün Amerikaya qayıdacağam. Amma orada nə yeyəcəyəm? Oradakı yeməklərin hamısı geni dəyişdirilmişdir, toyuq real deyil! Mən nə yeyəcəm? Mən fanatikəm! Mən sağlamlıqla bağlıyam.

Mən sadəcə Amerikaya gəlmək, anamı görmək, gəzintiyə çıxmaq, alış-veriş etmək, onunla vaxt keçirmək istəyirəm”, – Conson bildirib.

Mənbə: Match TV

Oxşar xəbərlər