Amerikalı fiqurlu konkisürən Natan Çen rusiyalı Kamilə Vəliyevanın diskvalifikasiyasını xalis idmanın qələbəsi adlandırıb, CNN xəbər verir.
“Əlbəttə, bu qərar təmiz idmanın qələbəsidir. Ancaq bunların hamısının baş verməsi faktı – burada heç kim qalib gəlmədi. Təmiz idman olmadan bizim idmanımızın bütövlüyü yoxdur” deyə Çen bildirib.
Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) fiqurlu konkisürən Kamilə Vəliyevanı 2021-ci il dekabrın 25-dən dörd il müddətinə idmandan kənarlaşdırıb. Bu gün idmançıdan nümunə götürülüb və onun tərkibində qadağan olunmuş trimetazidin maddəsi aşkar edilib. Testin müsbət nəticə verməsi 2022-ci ildə Çinin paytaxtı Pekində keçirilən Olimpiada zamanı Rusiya yığmasının komanda turnirində qələbəsindən sonra məlum olub.
Mənbə: CCN