Amerikalı general Ukrayna Silahlı Qüvvələrinin pilotları arasında F-16-dakı tapşırıqlar üzrə təcrübənin olmadığını açıqlayıbbackend

Ukrayna hərbçilərinin Qərbdən təchiz edilmiş F-16 qırıcılarını riskli missiyalarda idarə etmək üçün kifayət qədər təcrübəsi yoxdur. Amerikanın “Air & Space Forces Magazine” jurnalı xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker deyib.

“Pilotlar yenidir, ona görə də onları ən riskli missiyalara göndərməyəcək. Son nəticədə bu, Ukraynanın qərarıdır. Ancaq düşünürəm ki, bu, onların qəbul etdikləri yanaşmadır” dedi.

Eyni zamanda, Hekker vurğuladı ki, Ukraynanın tərəfdaşları pilotları “kifayət qədər tez” öyrədə bilməz.

Mənbə: Sputnik