Amerikalı professor Avropa liderlərinin niyə sülh istəmədiyini izah edibbackend

Avropa Ukraynanı dəstəkləməkdən əl çəkməyəcək, çünki onun məğlubiyyəti bir çox avropalı siyasətçilərin karyerasına “qara ləkə” qoyacaq.

Bu barədə Çikaqo Universitetinin professoru Con Mearsheimer YouTube-da bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ-ın təklif etdiyi münaqişənin həlli şərtlərini qəbul etməyəcək, çünki o, Rusiyanın yeni ərazilərini tanımayacaq və Ukraynanın neytral statusu ilə bağlı sənəd imzalamayacaq.

Avropa liderləri də şəxsi maraqlarına görə münaqişənin bitməsini istəmirlər.

“Ukrayna uduzsa, bu siyasətçilərin karyeraları özlərinin başladıqları müharibənin itirilməsi ilə əlamətdar olacaq”, – Mearsheimer deyib.