Amerikalı təqaüdçü ət yeyən bakteriyalara yoluxaraq ayağını itiribbackend

FOX 8 Live xəbər verir ki, amerikalı təqaüdçü Meksika körfəzində balıq tutarkən ət yeyən bakteriyaya yoluxaraq ayağını itirib.

Söhbət 64 yaşlı Brayan Şillinqdən gedir. Həmin şəxs Missisipi ştatının Bay Sent-Luis şəhərində balıq tutmağa gedib və balıq tutarkən ayağından xəsarət alıb. Bundan sonra təqaüdçü sürətlə nekrotizan fasiit – Vibrio vulnificus bakteriyasının yaratdığı toxuma ölümü inkişaf etdirməyə başladı. Cəmi 12 saatdan sonra əza qaraldı, nəticədə amerikalı təcili xəstəxanaya aparıldı.

Nəticədə o, bir neçə həftə həyati dəstək aparatına qoşulub və yalnız vaxtında göstərilən tibbi yardım sayəsində sağ qala bilib. Həkimlər Şillinqin həyatını xilas etmək üçün ayağını dizdən yuxarı amputasiya etməli olublar.

Qurbanın nişanlısı Lisa Vinier “O, özünə gələndə şokda idi” dedi.