Cənubi Karolinada 12 yaşlı Jasen Carr Murray gölündə çimərkən yoluxduğu güman edilən Naegleria fowleri bakteriyasının yaratdığı nadir və həyati təhlükəsi olan infeksiyadan ölüb.
Bu barədə Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.
“Beyin yeyən” ləqəbli təhlükəli amöba beynin şiddətli iltihabına səbəb olur. Gölün məşhur istirahət məkanı olmasına və hər il çoxlu turist cəlb etməsinə baxmayaraq, çirklənmə riskləri ilə bağlı heç bir xəbərdarlıq yerləşdirilməyib.
Ceysen iyulun 7-də infeksiyanın əlamətlərini göstərməyə başladı. Vəkil Tayler Beyli vasitəsilə danışan ailəsi faciədən çox sarsıldıqlarını və dəstək sözlərini yüksək qiymətləndirdiklərini söylədi. Yaxınları gələcəkdə oxşar halların qarşısını almaq üçün yoluxma şəraitini öyrənmək niyyətindədirlər. Onlar həmçinin uşağa köməklik göstərildiyi uşaq poliklinikasının həkimlərinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.