Amerikalılar 2025-ci ilin birinci yarısında naməlum obyektlərin görünməsi ilə bağlı 2200-dən çox hadisə barədə məlumat veriblər.
Bu barədə RİA Novosti Milli UFO Hesabat Mərkəzinin (NUFORC) məlumatlarına istinadən xəbər verir.
Mərkəzin məlumatına görə, rekord ay yanvar ayıdır (560-dan çox müraciət). İyulun ilk həftəsində “yerdən kənar fəaliyyətlə bağlı iddia edilən” 87 məlumat yayılıb. 6 ayın göstəriciləri 2023-2024-cü illərin eyni dövrünü üstələyib.