Meşə yanğınları ABŞ-ın Kaliforniya ştatında yerləşən ən məşhur şərab bölgəsinə çatıb. Bu barədə ABC telekanalı məlumat yayıb.
Materialda yanğının avqustun 21-də günorta saatlarında Napa vadisində başladığı göstərilir. Hazırda yanğınların ümumi sahəsi təxminən 2,8 min hektardır.
“Kaliforniyanın şərab bölgəsində sürətlə yayılan meşə yanğını məcburi evakuasiyaya səbəb olub, yanğınsöndürənlər isə yerdən və havadan yanğınla mübarizəni davam etdirirlər”, – jurnalistlər qeyd ediblər.
Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb. Eyni zamanda, ABC-nin məlumatına görə, yanğın yüzlərlə binanı təhlükə altına qoyur.