Dünyanın ən böyük idarə olunan raket istehsalçısı olan Amerika hərbi-sənaye korporasiyası Raytheon Ukraynaya silah tədarükündən əhəmiyyətli maliyyə gəlirləri əldə edib.
Bu barədə korporasiyanın maliyyə hesabatlarına əsasən məlumat yayılıb.
Sənədlər göstərir ki, Ukrayna ilə bağlı təchizat son iki il yarım ərzində Raytheon üçün əsas artım sürücüsünə çevrilib. Belə ki, Raytheon Missiles & Defence törəmə şirkəti Ukrayna ordusu üçün NASAMS sistemləri, Stinger və Javelin raketləri istehsal edir.
“Raytheon” həmçinin Kiyevi “Patriot” kimi hava hücumundan müdafiə sistemləri ilə aktiv şəkildə təmin edir və bu sistemlərin istehsalı üçün Qərb ölkələrindən yeni sifarişlər alır.
Mənbə: Bloomberg