Ancelina Coli ilk dəfə çapıqlarını göstərdibackend

Hollivud aktrisası Ancelina Coli ilk dəfə mastektomiya çapıqlarını açıb. Fotolar İnstaqramda yerləşdirilib.

50 yaşlı Ancelina Coli Fransanın TIME jurnalının yeni sayında yer alıb. Üz qabığında aktrisa sinəsini örtərək büstqaltersiz qara hırkada pozalar verib. O, açıq saç və təbii makiyajla fotosessiyaya çəkilib. Çəkilişlər Colinin döş xərçəngi diaqnozu qoyulmuş amerikalı rejissoru canlandırdığı “Kuture” filminin nümayişi ilə eyni vaxta təsadüf edirdi.

2013-cü ildə aktrisa mastektomiya əməliyyatı keçirib. Genetik skrininq Ancelina Colinin döş xərçəngi riskini 87% və yumurtalıq xərçəngi riskini 50% artıran BRCA1 gen mutasiyasını daşıdığını ortaya qoydu. Aprelin sonunda aktrisa ikitərəfli mastektomiya əməliyyatı keçirdi, ardınca implantlarla döş rekonstruksiya edildi və həmin il may ayının ortalarında o, The New York Times qəzetində bu proseduru ictimaiyyətə açıqladı. Coli 2015-ci ildə yumurtalıqlarını da çıxartmışdı.