Türkiyə hərbçiləri sülhməramlı missiya çərçivəsində Ukraynaya göndərilə bilər.
Bu barədə Türkiyənin “Milliyet” qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Müdafiə Nazirliyi hələ də hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə ədalətli və davamlı sülhün əldə oluna biləcəyinə inanır.
Bu prosesdə Türkiyə regionda sülhün bərqərar olmasına və Ukraynanın bərpasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək. Nəşrin mənbəsi qeyd edib ki, Müdafiə Nazirliyi münaqişənin həllinə yönəlmiş çoxşaxəli diplomatik təşəbbüsləri izləyir.
“Müxtəlif mediada qaldırılan, lakin hələ konseptual çərçivəyə salınmayan missiyanın asanlaşdırılması məsələsi regional sabitlik və sülhün bərqərar olması üçün zəruri hesab edilərsə, bütün maraqlı tərəflər tərəfindən birgə qiymətləndiriləcək”, – deyə o əlavə edib.