Anri Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görür

Fransa və “Arsenal”ın keçmiş hücumçusu Thierry Anry hesab edir ki, Paris Saint-Germain bir daha gənc oyunçulara mərc etməlidir.

“Əgər layihə belə olsa, o zaman azarkeşlər baxıb deyəcəklər ki, çox maraqlıdır. Bəlkə də bu Kilianı xilas etməyin bir yoludur, baxmayaraq ki, bunun kömək edəcəyini düşünmürəm. Düşünürəm ki, indi Kilian qalmasına baxmayaraq, PSJ-nin onu saxlamaq çətin olacaq.

“Arsenal”dan niyə ayrıldığımı sizə deyəcəm. Mən dünyada hər şeydən çox yarışmağı sevirəm. “Arsenal”ı sevirdim, amma yarışmağı daha çox sevirdim. Əgər rəqabət etməyi sevirsənsə, Kilian, getməlisən və yarışmalısan “deyə Anri bildirib.

Mənbə: Goal

İctimai.az

Oxşar xəbərlər