Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən sammitinin yekun bəyannaməsində Ukrayna böhranı barədə dərc olunmuş sənəddə deyilir.
Bəyannamənin bir hissəsi olaraq, APEC liderləri təbii qazın və mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətini dərk edərək, enerji mənbələrini şaxələndirmək barədə razılığa gəliblər. Onlar istifadə olunan enerjinin mənşəyinin yoxlanılması üçün şərait yaradılmasının zəruriliyini bəyan ediblər.
Tərəflər həmçinin süni intellektin (AI) dünya iqtisadiyyatlarını əsaslı şəkildə dəyişdirəcəyi ilə bağlı razılığa gəliblər və süni intellekt sahəsində daha güclü əməkdaşlığa çağırıblar. Bundan əlavə, APEC ölkələri demoqrafik məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.













