Apollo 8-in ekipaj üzvlərindən biri təyyarə qəzasında həlak olubbackend

Apollo 8-in ekipaj üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub. Bu barədə Fox News məlumat yayıb.

Qeyd olunur ki, hadisə Kanada sərhədinə yaxın Vaşinqton ştatının San Juan adalarında baş verib. Təyyarəni Anders özü idarə edib. 90 yaşlı pilot döngə yaratmağa çalışsa da, cihazın idarəetməsini itirib və təyyarə suya düşərək boğulub.

Yerli şerif ofisi əlavə edib ki, təyyarə daha köhnə modeldir.

Mənbə: Fox News