Apple Insider-in mənbələrə istinadən verdiyi məlumata görə, Apple macOS 26-nın buraxılışı ilə bir sıra Intel-lə işləyən Mac kompüterlərinə dəstəyi dayandıracaq.
Portalın məlumatına görə, iyunun 9-da illik WWDC25 tərtibatçılar konfransında təqdim olunacaq macOS 26-nın buraxılması ilə Apple şirkəti Intel prosessorları ilə kompüterlərin yenilənməsini dayandıracaq. Bu cihazlara MacBook Air (2020), MacBook Pro (2018), Mac mini (2018) və iMac Pro (2017) daxildir.
Bu modellər üçün macOS 15 Sequoia çox güman ki, son böyük yeniləmə olacaq. Bununla belə, Sequoia-da olduğu kimi, Apple Intelligence-in yeni süni intellekt xüsusiyyətləri Intel prosessorları olan Mac-lərdə mövcud olmayacaq – onlar üçün Apple M1 və daha yuxarı çiplər tələb olunur.
macOS 26 yeniləməsi MacBook Air M1 və daha yeni versiyalar, MacBook Pro (2019 və sonrakı), Mac mini M1 və daha yeni versiyalar, iMac (2020 və sonrakı), Mac Pro (2019 və sonrakı) və Mac Studio üçün əlçatan olacaq.