Təqdimatı bu payızda planlaşdırılan iPhone 15 smartfonunun əsas versiyası Pro modelləri kimi arxa qapaq alacaq.
Bu barədə WCCFTech portalı məlumat yayıb.
Söhbət “şaxtalı şüşə” adlanan effektli tutqun arxa paneldən gedir. Belə panellər Pro- prefiksi olan “köhnə” modellərdə istifadə olunur, lakin bu il şayiələrə görə, onlar iPhone 15 və iPhone 15 Plus-da da quraşdırılacaq. Bundan əvvəl aşağı səviyyəli iPhone-larda işığı əks etdirən parlaq arxa var idi.
Beləliklə, bu yenilik Apple smartfonlarının əsas və Pro modelləri arasındakı fərqi daha da azaldacaq.
