Apple iPhone istifadəçilərinə Siri-ni digər AI köməkçiləri ilə dəyişməyə icazə verəcəkbackend

Apple şirkəti Avropa İttifaqında öz cihazlarının istifadəçilərinə quraşdırılmış Siri əvəzinə əsas köməkçi kimi üçüncü tərəfin səsli köməkçilərini seçmək imkanı verməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyi şirkətin planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bloomberg jurnalistləri Mark Qurman və Drake Bennettin sözlərinə görə, bu dəyişiklik iPhone, iPad və Mac daxil olmaqla bir neçə Apple platformasına təsir edəcək. Bu məlumat jurnalistlərin süni intellekt sahəsində Apple-ın cari problemləri ilə bağlı apardıqları geniş araşdırma çərçivəsində dərc edilib.

Ehtimal olunur ki, bu yenilik sayəsində Aİ ölkələrindəki istifadəçilər Siri əvəzinə standart əmrlər və ya düymələr vasitəsilə aktivləşdiriləcək Amazon Alexa və ya Google Assistant kimi xidmətləri əsas səs köməkçisi kimi təyin edə biləcəklər.