Apple yerli hakimiyyət orqanlarını ölkədə iPhone 16 satışına qoyulan qadağanı aradan qaldırmağa inandırmaq üçün iki il ərzində İndoneziya iqtisadiyyatına təxminən 100 milyon dollar sərmayə qoymağı təklif edib. Bu barədə Bloomberg məlumat yayıb.
İlkin olaraq, Apple Bandunq şəhərində aksesuar və komponentlərin istehsalı zavoduna təxminən 10 milyon dollar sərmayə qoymağı planlaşdırırdı. Bundan sonra İndoneziya Sənaye Nazirliyi şirkətin top menecerlərini rəsmilərlə görüşməyə çağırıb.
Bloomberg-in məlumatına görə, nazirlik şirkətin əvvəlki təklifindən demək olar ki, on dəfə böyük olan son təklifi ilə bağlı hələ yekun qərar qəbul etməyib. Apple və departamentin nümayəndələri vəziyyəti şərh etməyiblər.
iPhone 16 satış qadağası 2024-cü ilin oktyabrında Apple-ın yerli iqtisadiyyatlara investisiya etmək öhdəliyini yerinə yetirməməsi səbəbindən tətbiq edilib. Tələb olunan 1,7 trilyon İndoneziya rupisi (təxminən 95 milyon dollar) əvəzinə şirkət cəmi 1,5 trilyon sərmayə qoyub.