Apple öz televiziya xidmətində filmlərin rus dilində dublyajını yenidən tətbiq etməyə başlayıbbackend

Apple şirkəti özünün Apple TV xidmətinin rus versiyasında rus dilində dublyajı qismən bərpa etməyə başlayıb.

iPhones.ru xəbər verir ki, bu, şirkətin 2024-cü ilin dekabrında Rusiya bazarında xidmətlərinin funksionallığını məhdudlaşdırmaq qərarından sonra ilk əhəmiyyətli dəyişiklikdir.

Qeyd olunur ki, bir il əvvəl məhdudlaşdırıcı tədbirlər ilk növbədə Apple TV-yə təsir edib: yeni filmlər və seriallar ara-sıra buraxılıb, lakin mövcud buraxılışların əksəriyyəti rus dublyajını itirib.

Görünür, şirkətin siyasətinə düzəlişlər edilib. Məsələn, xidmətə Bred Pittin baş rolda çəkildiyi F1 filmi üçün rus audiotreki əlavə edilib ki, bu da onun məzmunun lokallaşdırılmasına yanaşmasına yenidən baxılmasını göstərə bilər.

iPhones.ru mənbələrinə görə, dublyajın əlavə edilməsi birdəfəlik tədbir deyil. Yaxın aylarda “Apple” artıq Rusiyanın “Apple TV” kataloqunda mövcud olan digər filmlər və seriallar üçün rus audio treklərini bərpa etməyi planlaşdırır.