Apple 2018-ci ilin Mac mini və məşhur iPhone 6s-ı vintage cihazları siyahısına əlavə etdi.
Bu barədə MacRumors portalı məlumat yayıb.
Vintage Apple cihazı kimi siyahıya alınması o deməkdir ki, onun Apple sertifikatlı xidmət mərkəzlərində məhdud xidmət və təmir seçimləri var. Apple-ın siyasətinə görə, məhsul artıq satışda olmadığı tarixdən beş il sonra vintage sayılır. Bu cür cihazlar üçün təmir yalnız zəruri ehtiyat hissələri mövcud olduqda mümkündür. Yeddi ildən sonra məhsul köhnəlir və artıq Apple mağazalarında və ya səlahiyyətli xidmət mərkəzlərində xidmət göstərilməyəcək.
iPhone 6s 2015-ci ildə təqdim edildi, lakin 2018-ci ilə qədər istehsalı davam etdi.Smartfon Apple A9 prosessoru, iPhone 6-dan fərqli olaraq əyilməyən təkmilləşdirilmiş alüminium korpus və ekrana basma gücünü tanıyan 3D Touch texnologiyası təklif edirdi. iPhone 6s həm də qulaqlıq yuvasına malik şirkətin sonuncu flaqman smartfonu oldu.
2018-ci il Mac mini, Intel prosessoruna sahib olan sonuncu kompüterdir, çünki sonrakı Apple mini kompüterlərində M seriyalı çiplər var. Qurğu inteqrasiya olunmuş Intel UHD 630 qrafikası olan dörd və altı nüvəli Intel Coffee Lake prosessorları ilə təchiz edilib.