Apple Rusiya şirkətləri üçün biznes proqramlarının hazırlanması platformasına girişi bağlayıbbackend

Amerikanın Apple korporasiyası artıq rus tərtibatçılarına ADEP korporativ proqram yaratma platformasına giriş imkanı vermir.

Bu barədə RBC informasiya texnologiyaları bazarındakı mənbələrə istinadən xəbər verir.

ADEP proqramı şirkətlərə iOS əməliyyat sistemi üçün proqramlar hazırlamağa və onları App Store-da dərc etmədən əməkdaşlarına yaymağa imkan verir.

Fevralın 12-də Apple proqramla əlaqəli bütün məlumatları sildi və onu artıq istifadə edilə bilməz hala gətirdi. Korporasiya Rusiya Federasiyasından olan istifadəçilər üçün yeni məhdudiyyətlərin niyə tətbiq edildiyini izah etməyib.