“Apple” şirkəti Çində “iPhone 15”-in qiymətini rəsmi olaraq aşağı salıb

“Apple” şirkəti uzun illərdən sonra ilk dəfə olaraq Çində tələbin azalmasından ehtiyat edərək yeni “iPhone”ların qiymətlərini rəsmi olaraq aşağı salıb. Bu barədə Bloomberg məlumat yayıb.

Qiymət endirimi müvəqqəti xarakter daşıyacaq və Çin Yeni ili öncəsi satış mövsümü olan 18 yanvar – 21 yanvar 2024-cü il tarixləri arasında davam edəcək. Endirim 500 yuan olacaq ki, bu da təxminən 70 dollar və 6,1 min rubl təşkil edir. 15 yanvar 2024-cü il tarixinə olan məzənnə ilə, yəni iPhone 15 təxminən 5% ucuzlaşacaq.

Bloomberg yazır ki, Apple məhsullarının rəsmi qiymətlərinin aşağı salınması, demək olar ki, görünməmiş bir haldır. Nəşrin müsahibə verdiyi ekspertlər hesab edirlər ki, Apple bu addımı şirkətin ən böyük bazarlarından biri olan Çində iPhone 15-ə tələbatın azalmasından ehtiyat edərək atıb.

Mənbə: Bloomberg

Oxşar xəbərlər