MacRumors-un Instant Digital şirkətinin insayderinə istinadən verdiyi məlumata görə, Apple şirkətinin iPhone 18 Pro və 18 Pro Max-ı qara rəngdə buraxmaq planı yoxdur.
Nəşr qeyd edir ki, ötən il Apple-ın premium iPhone-ları ilk dəfə nə qara, nə də kosmik boz rəngdə mövcud deyildi.
MacRumors yazır ki, “Apple yeni nəsil premium modellərini qara rəngdə təqdim etməyəcək”.
Qeyd olunur ki, iPhone 18 Pro və 18 Pro Max hazırda tünd qırmızı rəngdə sınaqdan keçirilir. Bundan əlavə, “ənənəvi” iPhone rəngləri qalacaq. Bununla belə, şirkət “əyləncəli” rənglər təqdim etmək əvəzinə, tanış rənglərə sadiq qalmağı planlaşdırır.
iPhone 18 Pro və ilk qatlanan iPhone-un 2026-cı ilin payızında satışa çıxarılacağı gözlənilir.











