Apple tezliklə yeni iPhone təqdim edəcək

Apple iPhone 14 və 14 Plus-ı sarı rəngdə təqdim edə bilər.

Bu barədə MacRumors portalı təsdiqlənməmiş mənbəyə istinadən xəbər verir.

Bir neçə mənbə portala bildirib ki, Apple-ın PR komandası “gələn həftə” yeni məhsul təqdim etməyi planlaşdırır.

Qeyd edilir ki, 2022-ci il martın 8-də Apple iPhone 13-ü yaşıl rəngdə elan edib və bu, iPhone 14 üçün yeni rəngin olma ehtimalını inandırıcı edir. Sarı rəngdə buraxılan sonuncu Apple smartfonu iPhone 11 olub.

Jurnalistlər onu da qeyd edirlər ki, iPhone 14 Pro-nun sarı rəngdə buraxılması çətin ki, bu halda smartfon qızıl rəngdə mövcud model kimi görünəcək.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər