Apple və Microsoft ABŞ-ın TikTok-un bloklanmasına qarşıdır

İnformasiya Texnologiyaları Sənayesi Şurasına daxil olan Apple, Microsoft, Amazon və başqaları kimi texnologiya nəhəngləri ABŞ-ın TikTok-u qadağan etmək niyyətinə qarşı olduqlarını bildiriblər. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Texnologiya nəhəngləri ABŞ-ın ticarət nazirinə Çin və Rusiyadan gələn hər hansı texnologiya və proqramları bloklamaq səlahiyyəti verən qanun layihəsinə yenidən baxılmasını tələb edirlər.

Böyük texnoloji şirkətlər qorxur ki, qanun qəbul edilərsə, onların bizneslərinə təsir edə bilər, çünki onların sistemlərinin bir çoxu müəyyən dərəcədə Çin texnologiyasından istifadə edir.

Oxşar xəbərlər