Apple şirkəti MacBook Pro və iMac daxil olmaqla M3 prosessorları ilə təchiz edilmiş kompüterlərin yenilənmiş seriyasını təqdim edib. Bu barədə RİA Novosti yazır.
Şirkətin onlayn təqdimatına əsasən, əsas dəyişikliklər prosessorların özlərinə yönəlib. Daha güclü, səmərəli və məhsuldar M3 çipləri M2 xəttini əvəz etdi. Üç çip modeli təqdim edildi: M3, M3 Pro və M3 Max.
Apple şirkətinin məlumatına görə, M3 çipli yeni MacBook Pro-nun performansı M2-dən 40%, M1 çipindən isə 60% daha sürətli olacaq.
Mənbə: RİA Novosti