AQTA: Uyğunsuzluq aşkarlanan məhsul ölkəyə idxal olunmayıbbackend

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosis məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.