Counterpoint Research tərəfindən aparılan sorğunun nəticələrinə görə, amerikalı istifadəçilərin demək olar ki, üçdə biri elastik ekranlı smartfon almağı planlaşdırır.
Bu, yüksək qiymətə və mənfi cəhətlərinə baxmayaraq, bu tip qacetlərə marağın artdığını göstərir. Belə ki, respondentlərin 28%-i növbəti smartfon kimi çevik ekranlı modeli seçəcəklərini, 17%-i isə belə cihazlarla maraqlandığını bildirib.
Bundan əlavə, respondentlərin 16%-i belə bir alış-verişə daha çox fikir verir, 12%-i isə belə bir cihazı seçmir. Respondentlərin qalan 27%-i hələ qərar verməyib.
Mənbə: Haberler.com
İctimai.az

