Araz Abdullayev yenə qalmaqalla gündəmdə – VİDEObackend

 

 

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan videoda hazırda klubsuz olan 31 yaşlı futbolçunun Kənan adlı gənci söydüyü və vurduğu görünür.

Hadisənin Bakıda, Ağ Şəhər ərazisində baş verdiyi bildirilir. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu deyilir.

Xatırladaq ki, daha əvvəl, 2013-cü ildə A.Abdullayev idarə etdiyi avtomobillə qəza törədib bir nəfərin ölümünə səbəb olmuşdu. Bundan başqa da bir neçə dəfə onun avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Yenilənib

Araz Abdullayev Bakı Ağ Şəhər ərazisində təhqir edib vurduğu Kənan adlı gənclə barışıb.

Azərbaycan millisinin sabiq futbolçusu bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib. İnsanların reaksiyasının doğru olduğunu yazan A.Abdullayev Kənandan üzr istəyib. O, gəncə Azərbaycan millisində çıxış edərkən geyindiyi formanı hədiyyə edib.