Vəzifəsindən azad edilən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli yeni təyinat alıb.
Oxu.Az-ın məlumatına görə, A.Əsgərliyə təhqiqat və istintaq orqanında yeni vəzifə verilib.
Qeyd edək ki, o, bir müddət BŞDYPİ-nin mətbuat katibi vəzifəsini də icra edib.