Argentina BRİKS-ə üzv olmaqdan imtina edib

“Azadlıq gəlir” libertar partiyasının regional bölməsinin rəhbəri Silvia Malfesi deyib ki, Argentina Xavyer Mayli hakimiyyətə gəldikdən sonra, böyük ehtimalla, ölkənin əvvəlki rəhbərliyinin planlaşdırdığı kimi, 2024-cü ilin yanvarından BRİKS-ə qoşulmayacaq.

Siyasətçi bu barədə “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Malfesinin fikrincə, qloballaşma ideyası kimi beynəlxalq təşkilatlar ideyası da çox yaxşı ideyadır. Bununla belə, siyasətçi qeyd edib ki, əgər bir dövlət dərin böhran, digəri isə iqtisadi sabitlik vəziyyətindədirsə, ittifaq ideyası həddən artıq romantikləşib.

Eyni zamanda, Malfesi vurğulayıb ki, Argentina Rusiya ilə münasibətləri tamamilə kəsmək niyyətində deyil. Buenos Ayres üçün bütün dövlətlərlə yaxşı münasibətlər saxlamaq vacibdir.\

Mənbə: Lenta.ru

Related Post