Argentina kriptovalyutalarla əməliyyatlar aparmağa icazə verdibackend

Argentina hökuməti ölkə sakinlərinə və şirkətlərə kriptovalyutada müqavilələr bağlamağa icazə verib. Bu barədə respublikanın xarici işlər naziri Diana Mondino X platformasında (keçmiş Twitter) öz hesabında məlumat verib.

Onun sözlərinə görə, bu tədbir dövlət rəhbərliyinin yeni islahatları ilə nəzərdə tutulub. Eyni zamanda, təkcə kriptovalyutada deyil, bəzi məhsul növləri üzrə də müqavilələr bağlamaq mümkün olacaq.

“Biz təsdiq edirik ki, Argentinada bitkoin, digər kriptovalyutalar, kiloqram ət və litr südlə müqavilələr bağlamaq mümkün olacaq”, – deyə xarici siyasət idarəsinin rəhbəri aydınlıq gətirib.

Mənbə: A Haber