Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni məşhur argentinalı hücumçu Lionel Messinin Boliviya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində oynamamasının səbəbini açıqlayıb.
“Messi oynamağa hazır deyildi. Dünən sağalmağa çalışdı, amma özünü çox rahat hiss etmədi və biz heç bir risk etmədik. Leo hazır deyildi. Məşqdə onun cəhd etməsini istədik, amma etmədi “dedi Skaloni.
Moskva vaxtı ilə sentyabrın 13-nə keçən gecə Argentina yığması Boliviya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Mənbə: Goal

