Argentina Netanyahunu ziyarət edərsə onu saxlamağı xahiş edibbackend

Argentina Dövlət Sektoru İşçiləri Həmkarlar İttifaqı (ATE) məhkəmədən İsrailin baş naziri Binyamin Netanyahunun səfər edəcəyi təqdirdə onun həbsinə order verilməsini xahiş edib.

ATE Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderləri əsasında Netanyahunun dərhal həbs edilməsini tələb edərək federal məhkəməyə şikayət edib.

Argentina prezident administrasiyasının məlumatına görə, Netanyahu yaxın aylarda respublikaya səfər etməyi planlaşdırır.