“El Cronista” qəzeti prezident Xavyer Mileyə istinadən xəbər verir ki, Argentina bütün Avropa ölkələri üçün enerji təhlükəsizliyini təmin etməyə qadirdir.
“Avropa illərdir enerji müstəqilliyi üçün çalışır; biz onlara daha yaxşı bir şey təklif edirik: geniş ehtiyatlara malik etibarlı tərəfdaş və müqavilələrinə əməl edən hökumət”, – deyə o bildirib.
Onun sözlərinə görə, Argentina hazırda investisiya bumu yaşayır. Miley qeyd edir ki, 2030-cu ilə qədər ölkənin ixracatı ildə 30 milyard dolları keçəcək.














