Argentina prezidenti Azərbaycanın dövlət başçısını təbrik edibbackend

Argentina Respublikasının Prezidenti Xavyer Miley Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm.

Sizə yeni prezidentlik dönəminizdə bir daha ən səmimi təbriklərimi çatdırır və fürsətdən istifadə edərək, dərin hörmət və ehtiramımı ifadə edirəm”.