Argentinada inflyasiya 250%-i ötübbackend

Argentinada inflyasiya 12 ay ərzində 254,2%-ə çatıb. Bu barədə Argentina Milli Statistika və Siyahıyaalma İnstitutunun (INDEC) hesabatında bildirilir.

2024-cü ilin yanvar ayının sonunda ölkədə inflyasiya 20,6% təşkil edib. Gözəllik sənayesində xidmətlərin qiyməti ay ərzində 44,4% artıb. Nəqliyyat xidmətləri 26,3% bahalaşıb. Argentinada telefon rabitəsi və internet yanvarda orta hesabla 25,1% bahalaşıb.

Geyim və ayaqqabıların qiyməti daha az dəyişdi. Qiymətlər 11,9% artıb. Ötən müddət ərzində ölkədə təhsil 0,9% bahalaşıb.

Mənbə: TASS