Argentinanın BRİKS-ə daxil olmasının əleyhdarı Mayli ölkədə keçirilən prezident seçkilərində qalib gəlib

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ölkənin BRİKS-ə daxil olmasına qarşı çıxan ifrat sağçı siyasətçi Xavyer Mayli Argentinada keçirilən prezident seçkilərində qalib gəlib.

Seçkilərin ikinci turunda Mayli 55,95% səs toplayıb. Bu, bülletenlərin 86,59%-nin hesablanmasından sonra məlum olub.

Onun hakim partiyadan olan rəqibi, iqtisadiyyat naziri Serxio Massa 44,04% səs toplayıb.

Bundan əvvəl Massanın seçkilərdə məğlub olduğunu etiraf etdiyi və Mayli ölkə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdiyi bildirilib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər