UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun Londonun “Arsenal”ı ilə Hollandiyanın PSV klubları arasında keçirilən oyunu başa çatıb. Londondakı “Emireyts” stadionunda keçirilən görüş London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı səkkizinci dəqiqədə yarımmüdafiəçi Bukayo Saka açıb. 20-ci dəqiqədə hücumçu Leandro Trossard fərqi ikiyə çatdırıb. Hücumçu Qabriel Jezus 38-ci dəqiqədə “Arsenal”ın 3-cü qolunu vurub. 70-ci dəqiqədə yarımmüdafiəçi Martin Odeqard yekun hesabı müəyyənləşdirib.
“Arsenal” 3 xalla B qrupunun turnir cədvəlinə başçılıq edir. PSV turnir cədvəlini xalsız tamamlayır. “Lens” və “Sevilya” hərəyə bir xal qazanaraq, müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.
Mənbə: TRT Sport

